“Yuventus”un Sergey Milinkoviç-Saviç sevdası bitmir. SİA xəbər verir ki, Turin klubu serb futbolçu üçün yeni təklif hazırlayıb.
Belə ki, “qoca sinyora” yarımmüdafiəçinin qarşılığında “Latsio”ya 100 milyon avro ödəməyə hazırdı. Bundan əlavə “Yuve” daha az məbləğlə bərabər iki oyunçu təklif etməyə də hazırlaşır. “Footbal İtalia” nəşri iddia edir ki, turinlilər Leonardu Spinazzola və Kristian Romeronu paytaxta yollamağa razıdır.
Qeyd edək ki, bu mövsüm İtaliya A seriyasında 31 oyunda meydana çıxan Milinkoviç-Saviç 5 qolla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB