Bu gün futbol üzrə milli yığma komandamız ənənəsinə sadiq qalaraq məğlubiyyəti ilə bizləri növbəti dəfə məyus etdi. Nəticədən daha çox bizi üzən isə göstərilən oyunun keyfiyyəti (keyfiyyətsizliyi) oldu.
Milli kommandamızın məğlubiyyətinin ardından Türkiyə millisinin oynadığı matçın start fiti çalındı. Və nə yaxşı ki, çalındı. Bir türk olaraq qürur duyduq.
Baxmayaraq ki, H qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan Türkiyə millisi bu dəfə çətin sınaq qarşısında idi. Şenol Günəşin komandası evdə dünya çempionu Fransa ilə qarşılaşırdı. Bütün proqnozların əksinə olaraq, Türkiyə millisi sonuncu dünya çempionunu, bəlkə də, milyardlıq komandanı meydana çıxmağa peşman etdi. Sevindirici hal odur ki, Şenol Günəş məhz bu gənclərlə gələcəyin komandasını qurur. Kim bilir, bəlkə də bu gün dünya çempionunu məğlub edən “Ay-ulduzlu” milli gələn ilin yayında AVRO-2020-nin qalibi də olacaq. Niyə də olmasın? Seçilmiş perspektivli oyunçular, türk ruhu, qələbə əzmi, ağıllı taktik və psixoloq olan baş məşqçi. O baş məşqçi ki, Türkiyəni Yaponiya və Cənubi Koreyada keçirilən futbol üzrə dünya çempionatında bürünc medala daşıyıb və Türkiyə milli futbol tarixinin ən böyük uğurunun memarıdır.
Nə yaxşı ki, qardaş ölkənin komandası bu qələbə ilə bizi bir anlıq Macarıstan məğlubiyyətindən ayırdı. TƏŞƏKKÜRLƏR, TÜRKİYƏ!!!
H qrupu
İslandiya - Albaniya - 1:0
Qudmundsson, 22
Moldova - Andorra - 1:0
Armas, 8
Türkiyə - Fransa - 2:0
Kaan Ayhan, 30, Cengiz Ünder, 40
|
1. |
Türkiyə |
3 |
3 |
0 |
0 |
8:0 |
9 |
|
2. |
Fransa |
3 |
2 |
0 |
1 |
8:3 |
6 |
|
3. |
İslandiya |
3 |
2 |
0 |
1 |
3:4 |
6 |
|
4. |
Albaniya |
3 |
1 |
0 |
2 |
3:3 |
3 |
|
5. |
Moldova |
3 |
1 |
0 |
2 |
2:8 |
3 |
|
6. |
Andorra |
3 |
0 |
0 |
3 |
0:6 |
0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB