Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir. SİA-nın verdiyi məlumata görə, oyun üçün satışa çıxarılan biletlərdən 7500-ü satılıb.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Macarıstan matçı saat 20:00-da başlayacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə