Akrobatika və idman gimnastikası üzrə ölkə birinciliyi başlayıb - FOTOLAR
Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı ölkə birinciliyi və paytaxt çempionatı start götürüb. SİA-nın məlumatına görə, iki gün davam edəcək yarışa idman gimnastları start veriblər. İştirakçılar yarışlar ərzində böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kiçiklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparırlar.
Akrobatlar isə yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında yarışacaqlar.
Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” klubları, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB