İngiltərənin “Arsenal” klubu 7 futbolçusu ilə yolları ayırıb. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London klubu qapıçı Petr Çex, müdafiəçilər Stefan Lixtştayner, Xulio Pleqesuelo, Koen Bramall, yarımmüdafiəçilər Aaron Remsi, Çarli Qilmor və hücumçu Denni Uelbeklə vidalaşıb.
Onlar müqavilələrinin müddəti başa çatdığı üçün London təmsilçisini tərk ediblər.
Qeyd edək ki, adı çəkilən futbolçulardan Petr Çex karyerasını başa vurduğu üçün “Arsenal”dan gedib. Digərləri isə böyük ehtimalla tezliklə özlərinə yeni klub tapacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB