"Qalatasaray" Rəşad Sadıqovsuz "Eskişehirspor"a 4 qol vurdu

"Qalatasaray" Rəşad Sadıqovsuz "Eskişehirspor"a 4 qol vurdu

Türkiyə Superliqasının 20-ci turunun son matçında "Qalatasaray"la "Eskişehirspor" üz-üzə gəlib. SİA-nın məlumatına görə, İstanbuldakı "Türk Telekom" arenada keçirilən qarşılaşmada Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov "Eskişehirspor"un start heyətində meydançaya çıxmayıb.

Baş məşqçi Bülənt Uyğun onu ehtiyatda saxlayıb. Görüş isə "Qalatasaray"ın 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qalatasaray" 29 xalla 8-ci pilləyə yüksəlib. 28 xalı olan "Eskişehirspor" isə 9-cu pilləyə enib.

Bütün xəbərlər Facebook səhifəmizdə