“Çelsi”nin futbolçusu Braziliya millisinə çağırıldı

“Çelsi”nin futbolçusu Braziliya millisinə çağırıldı

Qatarla yoldaşlıq oyununda zədələnərək Amerika Kubokunda iştirakdan məhrum olan Neymarın əvəzləyicisi bəlli olub. Onun yerinə Braziliya millisinə “Çelsi”nin yarımmüdafiəçisi Villan dəvət edilib. Bu mövsüm komandası ilə birlikdə Avropa Liqasının qalibi olan Villian yığmanın ilkin siyahısından kənarda qalmışdı.

Qeyd edək ki, 17 iyun – 7 iyul arası keçiriləcək turnirdə Braziliya millisi Venesuela, Peru və Boliviya ilə eyni qrupda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə