Daniel Ceymsin "Mançester Yunayted"ə keçidi rəsmiləşib

Daniel Ceymsin "Mançester Yunayted"ə keçidi rəsmiləşib

"Suonsi"nin futbolçusu Daniel Ceymsin "Mançester Yunayted"ə keçidi rəsmiləşib. Klubun saytında yer alan məlumata görə, 21 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Britaniya mətbuatı "MY"nın bu transfer üçün 15 milyon funt sterlinq ödəyəcəyini yazıb. Qeyd edək ki, D.Ceyms başa çatan mövsümdə 38 matçda 5 qol vurub, 10 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə