Binəqədidə qətl hadisəsi törədilib

Binəqədidə qətl hadisəsi törədilib

Bakının Binəqədi rayonunda qətl törədilib. "Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. Belə ki, "Akabe İnşaat" mağazasının yaxınlığında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq araşdırmalar aparırlar.

Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə