UEFA Millətlər Liqasının A divizionunun finalında keçiriləcək Portuqaliya- Hollandiya oyununa hakim təyinatları açıqlanıb. UEFA-nın saytında yer alan xəbərə görə, iyunun 9-da keçiriləcək Portuqaliya - Hollandiya matçı ispaniyalı referi Alberto Undiano Malyenkoya həvalə olunub. Eyni gündə İngiltərə və İsveçrə arasında olacaq bürünc medal uğrunda matçı isə rumıniyalı Ovidiu Alin Hateqan idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB