Fəhmin Muradbəyli "Səbail"ə transfer olunub

Fəhmin Muradbəyli "Səbail"ə transfer olunub

Son iki mövsümü "Səbail"də icarə əsasında çıxış edən Fəhmin Muradbəyli bu komandada qalacaq. SİA-nın məlumatına görə, "dənizçilər" 23 yaşlı cinah futbolçusunun keçidində "Neftçi" ilə razılığa gəlib. Muradbəyli "Səbail"in yeni mövsüm hazırlığına qoşulub.

Qeyd edək ki, Fəhmin "Neftçi"nin yetirməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə