Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov Bakı Karate-do Akademiyasında qonaq olub, idmançılara dəyərli hədiyyələr təqdim edib. Həmçinin kəmər imtahanından uğurla keçən azyaşlı idmançılara Beynəlxalq federasiyanın sertifikat və kəmərləri təqdim olunub.
SİA-nın xəbərinə görə, Bakı Karate-do Akademiyasının yaz imtahan nəticələrinə əsasən polis polkovniki Vaqif Əsədov və akademiyanın mətbuat katibi Fəridə Nizamiqızı, Akademiyanın şef instruktoru və rəhbəri Vüsal Abdullazadə idmançılara dərəcələr təqdim edib.
Zaur Mirzəzadə (tünd qəhvəyi kəmər)- Dünya birincisi (Portuqaliya - 2019)
İntizam Yəhyayev (qəhvəyi kəmər)
Elmir Topçuyev (açıq qəhvəyi kəmər)
Allahverdi Salıfov (narıncı kəmər)
Hüseynzadə Muraf (narıncı kəmər)
Abbaszadə Fuad (narıncı kəmər)
Yusifov Valeh (sarı kəmər)
Tağızadə Anar (sarı sarı kəmər)
Hümbətli Saleh (sarı kəmər)
Hümbətli Rauf (sarı kəmər)
Qeyd edək ki, Bakı Karate-do Akademiyasının prezidenti üçqat dünya çempionu Vüsal Abdullazadədir.
Akademiya 4 illik fəaliyyəti dövründə qazandığı nailiyyətlərlə, ölkəmizi böyük dövlətlərdə, çempionatlarda uğurla təmsilə görə ən öndə gedən təşkilatlardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB