"Atletiko" Sançeslə danışıqlara başlayıb

"Atletiko" Sançeslə danışıqlara başlayıb

"Atletiko"nun komandanı tərk edən Antoine Qrizmannın yerinə transfer edəcəyi futbolçunun kimliyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid klubu "Mançester Yunayted"də uğursuz mövsüm keçirən Aleksis Sançeslə danışıqlara başlayıb. Baş məşqçi Dieqo Simeone Qrizmannın boşluğunu çilili ulduzla doldurmaq istəyir.

Argentinalı mütəxəssis bundan əvvəl dəfələrlə Sançesi tərifləyən açıqlamalar verib. Çilili ulduzla "Atletiko" ilə yanaşı, "İnter" və "Yuventus" da maraqlanır.

Qeyd edək ki, 2018-ci ilin qışında "Arsenal"dan "Mançester Yunayted"ə 34 milyon avroya transfer olunan Sançes 2018/19 mövsümündə oynadığı 27 matçda cəmi 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə