“Aeroflot Open” beynəlxalq turnirində 11 Azərbaycan şahmatçısı iştirak edəcək

“Aeroflot Open” beynəlxalq turnirində 11 Azərbaycan şahmatçısı iştirak edəcək

Fevralın 8-16-da Moskvada "Aeroflot Open" X Beynəlxalq şahmat festivalı keçiriləcək.

SİA-nın xəbərinə görə, "A" turnirində 87 şahmatçı, o cümlədən 76 qrossmeyster iştirak edəcək. Azərbaycanı beynəlxalq qrossmeysterlər Rauf Məmmədov (2660) və Nicat Məmmədov (2580) təmsil edəcəklər. "B" qrupunda 105 şahmatçının (33 qrossmeyster) , o cümlədən Vasif Durarbəylinin (2504), Ülvi Bacaraninin (2393), Gülnar Məmmədovanın (2284) iştirakı gözlənilir. "C" turnirinə isə 103 şahmatçı (1 qrossmeyster), o cümlədən Rauf Əliyev (2116), Tamerlan Bünyadov (1866), Zaur Abbasov (1824), Xədicə Xəlilova (1702), Nicat Əliyev və Kənan Qarayev qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə