Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” futbol klubu yeni mövsümün hazırlığına başlayıb. SİA-nın məlumatına görə, "dənizçilər" baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında “Bayıl Arena”da bir araya gəlib.
İlk məşqdə yeni transferlər - qapıçı Kamal Bayramovla müdafiəçi Ürfan Abbasov da iştirak edib. Hazırlıqda yalnız yerli futbolçular olub. Müdafiəçi Şəhriyar Rəhimovla hücumçu Ağabala Ramazanov millidə olduqlarından toplanışndan kənarda qalıblar.
"Səbail" iyunun 18-də Bolqarıstanın Bansko şəhərinə təlim-məşq toplanışına yollanacaq.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB