Nqolo Kante Fransa millisinin heyətindən çıxarılıb

Nqolo Kante Fransa millisinin heyətindən çıxarılıb

Fransa millisinin futbolçusu Nqolo Kante Avro-2020-nin seçmə mərhələsində Türkiyə və Andorra ilə oyunları buraxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Çelsi"nin yarımmüdafiəçisi sağ dizindəki zədə səbəbindən millinin heyətindən çıxarılıb.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Fransa iyunun 8-i Türkiyə, 3 gün sonra isə Andorranın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə