"Fiorentina" satıldı

İtaliyanın "Fiorentina" klubunun sahibi dəyişib.

SİA klubun saytına istinadən xəbər verir ki, amerikalı iş adamı Rokko Kommisso Florensiya təmsilçisinin səhmlərini Della Valle ailəsindən alıb.

İtaliya mətbuatı "Nyu-York Kosmos"un da sahibi olan 69 yaşlı Komissonun "Fiorentina" üçün 160 milyon avro ödədiyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə