Kriştianu Ronaldo Portuqaliya yığmasını Millətlər Liqasının finalına daşıyıb

Kriştianu Ronaldo Portuqaliya yığmasını Millətlər Liqasının finalına daşıyıb

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında final mərhələsinə start verilib.

SİA-nın məlumatına görə, A liqasının qrup qalibləri kubok uğrunda mübarizəyə Portuqaliyada başlayıblar.

Yarımfinalın ilk görüşü Portudakı “Draqao” stadionunda keçirilib və burada meydan sahibləri ilə İsveçrə üz-üzə gəliblər.

Qarşılaşmanın taleyini bir futbolçu – Kriştianu Ronaldo həll edib. Belə ki, ulduz futbolçunun 25, 88 və 90-cı dəqiqələrdə vurduğu 3 qol – etdiyi het-trik Portuqaliyanı Millətlər Liqasının finalına daşıyıb. İsveçrəlilər isə buna yalnız Rodriqesin 57-ci dəqiqədə vurduğu təsəlli qolu ilə cavab veriblər. Beləliklə, oyunda Pireney təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ikinci yarımfinal oyunu iyunun 6-da baş tutacaq. Hollandiya və İngiltərə Gimaraynşda qarşılaşacaq. Final və 3-cü yer uğrunda matçlar isə iyunun 9-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə