“PSJ” məşhur qapıçı Canluici Buffonla yolları ayırıb.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı qolkiperlə başa çatan müqavilənin müddətinin qarşılıqlı razılaşma əsasında uzadılmamasına qərar verilib.
Qeyd edək ki, Buffon ötən ilin yayında "Yuventus"dan azad agent kimi Paris təmsilçisinə keçmişdi.
Hələlik əfsanəvi qapıçı məsələyə münasibət bildirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB