Həbib Nurməhəmmədovun növbəti rəqibi bilindi

Həbib Nurməhəmmədovun növbəti rəqibi bilindi

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov sözügedən təşkilatla yeni müqavilə imzalayıb.

SİA-nın “sports.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə idmançının meneceri Əli Əbdül-Əziz məlumat verib. O, sözləşmənin detalları barədə açıqlama verməsə də Həbibin bir neçə döyüş keçirəcəyini bildirib.

Rusiyalı döyüşçünün sentyabr ayının 7-də qarşılaşacağı rəqibi də müəyyənləşib. Bu, ABŞ-dan olan idmançı Dastin Puaryedir. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək.

Bundan başqa, yeni müqavilədə Həbibin UFC versiyası üzrə orta çəki dərəcəsində keçmiş çempion, bu ilin fevral ayında karyerasını başa vurduğunu açıqlayan Jorj Sen-Pyerlə mümkün döyüşünün şərtləri də qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə