"Sabah" yay transfer dönəminin ikinci keçidini edib. SİA xəbər verir ki, paytaxt təmsilçisi "Səbail"in vingeri Kevin Kubemba ilə heyətini gücləndirib.
"Səbail"lə müqavilə müddəti başa çatan 26 yaşlı fransalı oyunçu rəhbərliyin yeni sözləşmə təklifini qəbul etməyib. Hücumameyilli yarımmüdafiəçi yeni mövsümdən "Sabah"ın şərəfini qoruyacaq. Tərəflər arasında artıq hərtərəfli anlaşma əldə edilib.
Kevin Kubemba "Səbail"ə ötən yay Fransa klubu "Burq-en-Bresse"dən keçmişdi.
Qeyd edək ki, “Sabah” Kubembadan əvvəl "Sumqayıt"dan Cavid Tağıyevi transfer edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB