Heyətini ulduz futbolçularla gücləndirməyə çalışan "Real" növbəti transferini həyata keçirmək üzrədir.
SİA-nın L’Équipe"yə istinadən yaydığı xəbərə görə, Madrid klubu Fransanın "Lion" klubunun müdafiəçisi Ferlan Mendini almağa yaxındır. Madrid klubu 23 yaşlı oyunçunu tibbi müayinədən keçirmək üçün artıq klubun həkimini Fransaya göndərib.
"Real"ın F.Mendi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalayacağı gözlənilir. Kral klubunun bu transfer müqabilində Fransa klubuna 50 milyon avro ödəyəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB