“Ayntraxt”ın hücumçusu Luka Yoviçin “Real”a keçidi rəsmiləşib. Bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bundesliqada ötən mövsümün bombardirlərindən olan serbiyalı forvardla 6 illik müqavilə imzalanıb. “Real”ın Yoviçə görə “Ayntraxt”a 60-70 milyon avro aralığında təzminat ödəyəcəyi bildirilir.
Qeyd edək ki, 21 yaşlı futbolçu “Ayntraxt”a “Benfika”dan keçmişdi. O, başa çatan mövsümdə 17 qol vuraraq komandasının bombardiri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB