31 may-1 iyun tarixlərində Ağır Atletika Federasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.
SİA “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına istinadən xəbər verir ki, beynəlxalq turnirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük inspektoru Mübariz Rafiq oğlu Dadaşov da iştirak edib.
Yarışmada böyük əzmkarlıq göstərən Mübariz Dadaşov 140 kq çəki dərəcəsində 177,5 kq nəticə ilə beynəlxalq turnirin qalibi olub.
Dəmiryolçu-idmançını qazandığı qələbə münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB