Luka Modriç 7-ci dəfə Xorvatiyanın ən yaxşısı seçilib

Luka Modriç 7-ci dəfə Xorvatiyanın ən yaxşısı seçilib

Xorvatiyada 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Real"ın yarımmüdafiəçisi Luka Modriç yenə hamını qabaqlayıb. 33 yaşlı orta sahə oyunçusu bununla ardıcıl 3-cü, ümumilikdə isə 7-ci dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, səsvermə Xorvatiya çempionatında çıxış edən futbolçular və məşqçilər arasında aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə