"Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma başlayıb

"Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma başlayıb

İspaniya polisi La Liqanın son turunda keçirilən "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırmaya başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, meydan sahiblərinin 7 futbolçusu oyun alqı-satqısında şübhəli bilinir.

Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri, 10 min avro məbləğində mərcə girərək, nəticədə bu məbləğin 2 qatını qazanıqları bildirilir.

Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə