Petr Çex: "Bakı həqiqətən də gözəl stadiona malikdir"

Petr Çex: "Bakı həqiqətən də gözəl stadiona malikdir"

"Arsenal"ın qapıçısı Petr Çex Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu haqqında fikirlərini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu karyerasını belə mötəbər oyunla başa vuran 37 yaşlı sabiq qolkiper "Çelsi"nin daha yaxşı oynadığını etiraf edib: "Futbolçu kimi son arzum "Arsenal"la Avropa Liqasının qalibi olmaq idi. Təəssüf ki, bu baş vermədi. Amma etiraf etməliyəm ki, rəqib bizdən yaxşı oynadı və layiqli qələbə qazandı".

Çexiya yığmasının keçmiş qapıçısı Azərbaycan haqqında da danışıb: "UEFA final matçının Azərbaycanda keçirilməsini qərara alıb. Bakı Olimpiya Stadionunu bəyəndim. Bakı həqiqətən də gözəl stadiona malikdir. Həmçinin Azərbaycan futbolun populyarlaşdığı ölkədir".

Onu da nəzərinizə çatdıraq ki, Petr Çexin tezliklə "Çelsi"nin idman direktoru təyin ediləcəyi iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə