"Barselona"nın ev oyunları üçün yeni geyim dəsti - FOTO

"Barselona"nın ev oyunları üçün yeni geyim dəsti - FOTO

"Barselona" öz rəsmi saytında komandanın 2019/20-ci illər mövsümündə evdə keçirəcəyi oyunlar üçün yeni geyim dəstinin fotoşəkillərini dərc edib. SİA-nın məlumatına görə, yeni forma klub üçün klassik olan göy və tünd qırmızı rənglərdə hazırlanıb.

Futbolka üzərində klassik göy-qırmızı zolaqlar əvəzinə damalar öz əksini tapıb. Formanın yaxalığında Kataloniyanın sarı və qırmızı rənglərdə olan bayrağını xatırladan əlavə var.

Bütün xəbərlər Facebook səhifəmizdə