2018-2019-cu illər mövsümü başa çatan kimi 13 oyunçu ilə yollarını ayıran "Keşlə" yay transfer dönəminin ilk keçidini reallaşdırıb. SİA xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
Bildirilib ki, "Sumqayıt"ın qapıçısı Rəşad Əzizli karyerasını paytaxt klubunda davam etdirəcək. 25 yaşlı qolkiper yeni komandası ilə 1+1 şərti ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Rəşad Əzizli Azərbaycanın veteran qapıçısı, milli komandamızda da qapıçılarla işləyən məşqçi postunu tutmuş Faiq Əzizovun oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB