"Arsenal"ın futbolçusu Məsut Özil Bakı Olimpiya Stadionunda keçirilən Avroliqanın finalında baş məşqçisi Unai Emerini sərt tənqid edib.
SİA-nın "hurriyet.com.tr" saytına istinadən verdiyi xəbərə görə, oyunun 77-ci dəqiqəsində əvəzlənən türkəsilli yarımmüdafiəçi ehtiyat oyunçular skamyasında oturan zaman ispan mütəxəssisdən narazılığını dilə gətirməkdən çəkinməyib. Hətta Almaniya millisinin türk əsilli keçmiş futbolçusunun həmin vaxt Emeriyə “Vallah, sən məşqçi deyilsən” dediyi də vurğulanıb.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya stadionunda baş tutan UEFA Avropa Liqasının finalında "Arsenal" "Çelsi"yə 1:4 hesabı ilə uduzub. Oyundan dərhal sonra London klubunun bir neçə futbolçusunu, o cümlədən Özili satacağı iddiası ortaya atılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB