“Atletiko" bu futbolçu üçün “Fənərbağça”ya 14 milyon avro ödəyəcək

“Atletiko" bu futbolçu üçün “Fənərbağça”ya 14 milyon avro ödəyəcək

İstanbulun “Fənərbağça” futbol klubun yarımmüdafiəçisi Eljif Elmas Madrid “Atletiko"su ilə razılaşıb. Türkiyə mətbuatının yazdığına görə, İspaniya klubunun rəhbərliyi 19 yaşlı makedoniyalı yarımmüdafiəçiyə görə 14 milyon avro ödəyəcək.

Qeyd edək ki, Eljif Elmas 2017-ci ildən İstanbul klubunun formasını geyinir. O, cari mövsümdə “Fənərbağça”nın heyətində keçirdiyi 40 oyunda 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə