"Latsio"nun baş məşqçisi Simone İnzaginin taleyinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, 43 yaşlı mütəxəssis paytaxt klubundakı fəaliyyətini davam etdirəcək. Bu haqda romalıların prezdenti Klaudio Lotito açıqlama verib. O bildirib ki, İnzagi klubla yeni müqavilə imzalayıb. Lotito yeni sözləşmənin müddətini açıqlamasa da, baş məşqçinin postunda qalacağı dəqiqləşib.
Qeyd edək ki, Simone İnzaginin "Milan" və ya "Yuventus"un "sükanı arxası"na keçməsi istisna edilmirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB