“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib

2019/2020 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu transferini reallaşdırıb. SİA-nın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Zirə”də keçirmiş Vüqar Mustafayevlə anlaşıb. Bir illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da 6 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və A millidə (1 oyun) forma geyinmiş Vüqar U-23 millisinin heyətində IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə