Səbinə Əzimova dünya çempionatında 8-ci yeri tutub

Səbinə Əzimova dünya çempionatında 8-ci yeri tutub

Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri mübarizə aparırlar.

İlk olaraq Səbinə Əzimova mübarizəyə qoşulub. Çempionatda 55 kiloqram çəki dərəcəsində yarışan atletimiz toplam 177 kiloqram (78+99) nəticə ilə 8-ci yeri tutub.

Digər təmsilçimiz Əliş Nəzərov (102 kq) iyunun 6-da körpücük üzərinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə