Emil Balayev ən yaxşı futbolçu seçilib

Emil Balayev ən yaxşı futbolçu seçilib

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 13-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib. SİA-nın məlumatına görə, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 313 olub.

Baurjan Turısbek (285) 2-ci, Ruslan Valiullin (275) 3-cü olub

Qeyd edək ki, Emil Balayev sözügedən matçda penalti dəf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə