Türkiyəli professor: "Bakının namizəd şəhərlərin əksəriyyətini gedirdə qoyacağına əminəm” - AÇIQLAMA
"Bakının ən qısa zamanda Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlərin əksəriyyətini gedirdə qoyacağına əminəm”. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, bunu Türkiyə Milli Olimpiya Komitəsinin üzvü, Türkiyə Olimpiya Dərnəyinin rəhbərlərindən olan, professor İbrahim Öztek deyib.
Bakıda keçirilən UEFA Avropa Liqasının finalında “Çelsi”nin “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdiyi matçı izləyən professor Azərbaycanın idman uğurları haqqında fikirlərini bildirib: “Azərbaycanda Avropa Liqasının finalı şübhəsiz ki, yüksək səviyyədə təşkil olunmuşdu. Çünki, Azərbaycan 25 ildir çox sayda beynəlxalq toplantılara, tədbirlərə və dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir və bu təşkilatçılıq işlərinin hamısından üzüağ çıxır”.
O qeyd edib ki, Azərbaycanda təşkil edilən bir çox idman yarışlarına, xüsusilə futbol oyunlarına Türkiyədən də çox sayda azarkeş gəlir. İ.Öztek ölkəmizə azarkeşlərin sadələşdirilmiş viza rejimi ilə çox rahat səfər etdiklərini vurğulayıb: “Bununla yanaşı, Azərbaycanda qalmaq üçün də yer baxımından problem yoxdur. Avropa Liqasının finalı üçün Bakıya dünyanın bir çox yerindən azarkeş kütləsi axın etmişdi. Olimpiya Stadionu, olimpiya idman qurğuları, qalmaq üçün yerləri ilə Bakının ən qısa zamanda Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlərin əksəriyyətini gedirdə qoyacağına əminəm”.
2015-ci ildə təşkil edilən I Avropa Oyunlarının ardından, Bakı küçələrində keçirilən Formula 1 yarışı, IV İslam Həmrəyliyi Oyunları ilə Qafqazın ulduzu olan Azərbaycan idmanın bir çox növündə 2000-ci illərdən indiyədək 40-a qədər belə tədbirləri təşkil edərək çox böyük inkişaf yolu keçib. 2020-ci ildə futbol üzrə Avropa Liqasının 4 oyunun Bakıda keçiriləcəyi də belə tədbirlər sırasındadır. Bütün bu tədbirlərdə ən azı 50 ölkənin iştirakı ilə önəmli mədəni, sosial və turistik təqdimatlar keçirilib. Buda Bakıya rəng qatıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB