"Bakıdakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik" İngilis ekspert

"Bakıdakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik" İngilis ekspert

İngiltərənin məşhur futbol ekspertlərindən biri Brayan Uirli bu gün səhər saatlarında BBC-yə verdiyi açıqlamasında UEFA Çempionlar Liqasının Madrid finalı və UEFA Avropa Liqasının Bakı finalını müqayisə edib. Ünlü mütəxəssis müqayisəni bu cür ifadə edib: “Bakı uzaq olsa da oradakı matçın təşkili əla idi: Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş çox rahat. Madrid isə əsl cəhənnəm oldu.Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matç idi. Mən və İngiltərədən “Çelsi”-“Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

Bütün xəbərlər Facebook səhifəmizdə