"Çelsi"nin futbolçusu Eden Hazard "Real"a keçidə yaxındır. "Daily Express"in yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçinin Madrid klubunda geyinəcəyi forma nömrəsi də artıq məlumdur. İddia olunur ki, 28 yaşlı futbolçu yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək. Bu nömrəli formanı son olaraq ötən yay "Real"dan "Yuventus"a transfer olunan Kriştiano Ronaldo geyinib.
Qeyd edək ki, Hazardın "Real"a keçidinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB