Bu gün Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı start götürür. SİA-nın məlumatına görə, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Dünya çempionatında ölkəmizi iki atlet - Səbinə Əzimova (55 kq) və Əliş Nəzərov (102 kq) təmsil edəcək.
S.Əzimova iyunun 3-də, Ə.Nəzərov isə üç gün sonra mübarizəyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB