Avropa çempionatının seçmə mərhələsində Fransa və İslandiya ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Cenk Tosun sıradan çıxıb. 28 yaşlı futbolçu Yunanıstanla keçirilən yoldaşlıq oyununda zədələnib. O, 1 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, Cenk Tosun AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçlarda iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB