İngiltərənin "Everton" futbol klubunun futbolçusu Cenk Tosun Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb. "TRT Spor"un yaydığı məlumata görə, buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır. Forvard Yunanıstanı 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununda xəsarət alıb.
Cenk Tosun AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçda iştirak etməyəcək. Qeyd edək ki, H qrupunda mübarizə aparan Türkiyə iki oyundan sonra 6 xal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB