Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Ətraf mühiti zibildən təmizləyək!” çağırışı ilə təmizlik aksiyası keçirib. AMADA-dan SİA-ya verilən məlumata görə, 28 May - Respublika Gününə həsr edilən aksiya zamanı agentliyin əməkdaşları, dopinq nəzarətçiləri, peşəkar idmançılar və məşqçilər Bilgəh çimərliyində plastik, şüşə, taxta, kağız və digər tullantılar toplayıblar.
Aksiyaya Azərbaycanın karate, voleybol, qılıncoynatma, velosiped idmanı və atletika federasiyalarının nümayəndələri də qatılıblar.
Öz işində təmizlik və saflıq prinsiplərini rəhbər tutan AMADA bu cür aksiyaları mütəmadi olaraq keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB