Almaniya millisinin baş məşqçisi Yoahim Löv xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onun məşqlərdən birində aldığı zədədən sonra qan dövranında problem yaranıb. Bu səbəbdən 59 yaşlı mütəxəssis Frayburqda xəstəxanaya aparılıb.
Bildirilir ki, səhhətindəki problemlərə görə Löv Avro-2020-nin seçmə mərhələsində Belarus (8 iyun) və Estoniya (11 iyun) ilə matçları buraxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB