“Sabah” yay fasiləsində ilk transferini reallaşdırıb

“Sabah” yay fasiləsində ilk transferini reallaşdırıb

“Sabah” futbol klubu heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, Cavid Tağıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.

"Sumqayıt"dan ayrılan 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb. O, buna qədər “Turan”, AZAL, “Qarabağ” və “Zirə”nin formasını geyinib.

Qeyd edək ki, Cavid Tağıyev "Sabah"ın yay fasiləsində ilk transferi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə