"Azərbaycana yeni gəlməyimə baxmayaraq, qısa müddətdə Bakını çox bəyəndim. Bura inanılmaz dərəcədə gözəldir". SİA-nın məlumatına görə, bunu ölkəmizdə səfərdə olan Portuqaliya millisinin və Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Rikardo Kuarejma azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycana səfərinin bir neçə günlük olduğunu qeyd edib: "Dəqiq müddəti deyə bilmərəm. Burada olduğum müddətdə həyat yoldaşıma vaxt ayırıb, şəhəri gəzəcəyəm, azərbaycanlılarla yaxından tanış olmağa çalışacağam. Bakıya heyranam və hər zaman tətil üçün bura gəlməyə hazıram".
36 yaşlı yarımmüdafiəçi "Beşiktaş"la müqaviləsinin olduğunu və bu klubdan ayrılmaq istəmədiyini vurğulayıb. Kuarejma "Qalatasaray"dan təklif gələcəyi halda qəbul etməyəcəyini deyib: "Beşiktaş"da çox xoşbəxtəm. Klub prezidenti və rəhbərlikdən mənə heç nə deyilməyib. Bu komandanı çox sevirəm. Türkiyədə yalnız "Beşiktaş"da oynacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB