"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov klubdan ayrılmağa qərar verib. SİA-nın məlumatına görə, 24 yaşlı hücumçu üçün "Səbail" rəsmi təklif göndərib. "Ağ-qaralar" M.Abbasovu satmaq fikrində olmasa da, futbolçu ayrılmaq istəyib.
Klub rəhbərliyi komandadan getmək istəyən futbolçunu saxlamağın faydası olmadığını düşünüb. "Səbail" M.Abbasovun 100 min manatlıq sərbəst qalma dəyərini ödəməyə razı olub. Onunla 3 illik müqavilə imzalanacaq. Anlaşmaya görə, növbəti satışdan "Neftçi"yə də pay düşəcək.
Transferin milli komandaların oyunlarından sonra rəsmən açıqlanacağı gözlənilir.
Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 5 qol ötürməsi verib.
"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB