"İnter" baş məşqçisi ilə yollarını ayırıb

"İnter" baş məşqçisi ilə yollarını ayırıb

İtaliyanın "İnter" klubu baş məşqçisi Luçano Spalletti ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İtaliyalı mütəxəssis Milan təmsilçisini 2017-ci ildən çalışdırdı. Komanda cari mövsümü Seriya A-da 4-cü sırada başa vurub.

"İnter"in baş məşqçi postuna Antonio Konte keçəcək. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə