Emeridən məğlubiyyət şərhi

SİA xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının Bakıda "Çelsi" ilə keçirilən final oyunundan sonra mətbuat konfransı keçirib. Üç dəfə Avropa Liqasının qalibi olmuş mütəxəssis oyunla bağlı deyib:

- "Bilirdik ki, çətin olacaq. Çalışdıq, qalib gəlmək istəyirdik. Rəqibi təbrik edirik. “Çelsi” bizdən yaxşı oynadı. İkinci qolu buraxandan sonra məğlubiyyət qaçılmaz oldu".



- Finalda məğlub olmaq normaldır. Ancaq 1:4 hesabı ilə uduzmaq komandanın mental problemlərinin göstəricisidir.

- Bəli, amma rəqibin yaxşı futbolçuları var. Bilirdik ki, çətin olacaq. Azarkeşlərə demək istəyirəm ki, yolun başlanğıcındayıq. Hədəfimizə yaxın idik. Xüsusilə də Premyer Liqada. Bəzi hədəflərimizə çatsaq da məğlubiyyətə görə məyusuq. Ancaq müəyyən mənada irəli addım atdığımızı düşünürəm.

- Çempionlar Liqasına vəsiqə şansınızı itirdiniz. Bu, sizin transfer siyasətinizə mənfi təsir edə bilər?

- “Arsenal” böyük klubdur. Bir çox futbolçu burada oynamaq istəyir. Biz komanda kimi rəqabətə davamlı olmağa çalışırdıq. Hələlik hədəfimizə tam çata bilməmişik. Ancaq bu fikir bizdə qalır. Klub işləyir, inkişaf etməyə çalışır. Heyətimizdə kifayət qədər gənc oyunçu var. Bu final onların ilk təcrübəsi idi. Düşünürəm ki, onların gələcəyi daha yaxşı olacaq.

- Biz çox oyuçunun "Arsenal"la müqaviləsi başa çatır. Onların taleyi necə olacaq?

- Bu barədə danışmağın mənası yoxdur. Biz əvvəlcə futbolçularla söhbət etəməliyik. Ötən mövsüm komandaya gələn gənc oyunçularla yola davam etməliyik. İşimizlə fəxr edirəm. Hədəfimizə çatmaq üçün futbolçularımız əllərindən gələni etdilər. Məncə, komanda bu heyətlə daha yaxşı ola bilər.

- Növbəti addımı atmaq üçün “Arsenal”da nələr dəyişilməlidir?

- Bizim yaxşı futbolçularımız var. Onlar təcrübəlidirlər. Ona görə də ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etdilər. Bəlkə yeni futbolçular da aldıq.

Bütün xəbərlər Facebook səhifəmizdə