"Çelsi"nin futbolçusu Eden Hazard London klubundan ayrılacağı ilə bağlı iddialara münasbiət bildirib.
SİA xəbər verir ki, belçikalı yarımmüdafiəçi bu gün Avropa Liqasının Bakıda keçirilən final oyunundan sonra "BT Sport"a açıqlamasında yayılan xəbəri təsdiqləyib.
"Bəli, düşünürəm ki, bu, vida oyunum idi. Futbolda nə olacağını əvvəlcədən bilmirsən. Həmişə Premyer Liqada oynamaq arzusunda olmuşam. Dünyanın ən yaxşı klublarından birində 7 ilimi keçirdim. Yəqin ki, indi yeni bir çağırış üçün zaman yetişib" - deyə o bildirib.
Qeyd edək ki, “Çelsi”nin 4:1 hesabı ilə qələbə qazandığı oyunda Belçikalı futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb və matçın ən yaxşı oyunçusu seçilib. Onun yaxın günlərdə Madridin “Real” komandasına transferinin rəsmən elan olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB