İngilis finalının start heyətində bir ingilis olub

İngilis finalının start heyətində bir ingilis olub

Avropa Liqasının hazırda Bakıda keçirilən final matçında rekord təkrarlanıb.

SİA “Qol.az”-a istinadən xəbər verir ki, “Çelsi” ilə “Arsenal”ın heyətində ilk 11-likdə 15 millətin nümayəndəsi meydana çıxıb. Bu, daha əvvəlki iki finalda qeydə alınan rekordun təkrarıdır.

2010-cu ildə “Atletiko” – “Fulhem” və 2017-ci ildə keçirilən “Ayaks” – “Mançester Yunayted” oyunlarında meydana start heyətində 15 millətin nümayəndəsi çıxmışdı.

Əlavə edək ki, iki İngiltərə klubunun qarşılaşmasında ilk 11-likdə meydana çıxan yeganə ingilis futbolçu “Arsenal”ın üzvü Ensli Meytlend-Naylzdır.

Bütün xəbərlər Facebook səhifəmizdə